• ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • ÖLKƏ
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • İDMAN
  • DÜNYA
  • BÖLGƏ
  • CƏMİYYƏT
  • KRİMİNAL
  • MARAQLI
  • SAĞLAMLIQ
  • POEZİYA
  • Əlaqə
Geri İrəli
  • Dünya bazarlarında qazın qiyməti artıb Dünya bazarlarında qazın qiyməti artıb
  • Mehriban Əliyeva xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib Mehriban Əliyeva xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
  • Bakıda Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib - FOTO - YENİLƏNİB Bakıda Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib - FOTO - YENİLƏNİB
  • Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - FOTO Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - FOTO
  • Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
  • Ekvatorial Qvineyada baş verən 4 güclü partlayışda 20 nəfər ölüb, 300 nəfər yaralanıb - VİDEO Ekvatorial Qvineyada baş verən 4 güclü partlayışda 20 nəfər ölüb, 300 nəfər yaralanıb - VİDEO
  • Fransada milyarder deputat helikopter qəzasında ölüb Fransada milyarder deputat helikopter qəzasında ölüb
  • Brent markalı neftin qiyməti 70 dolları keçib Brent markalı neftin qiyməti 70 dolları keçib
  • Vətən müharibəsində ağır yaralanan əsgər 5 ay sonra şəhid olub Vətən müharibəsində ağır yaralanan əsgər 5 ay sonra şəhid olub
  • FHN qarlı-şaxtalı havada yolda köməksiz qalmış iki nəfəri xilas edib - VİDEO - YENİLƏNİB FHN qarlı-şaxtalı havada yolda köməksiz qalmış iki nəfəri xilas edib - VİDEO - YENİLƏNİB
  • Martın 8-də Bakıya yağış, rayonlara qar yağacaq Martın 8-də Bakıya yağış, rayonlara qar yağacaq
  • Bakıda 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub - FOTO Bakıda 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub - FOTO
  • Xəzərdə dalğanın hündürlüyü 4.8 metrə çatıb – FAKTİKİ HAVA Xəzərdə dalğanın hündürlüyü 4.8 metrə çatıb – FAKTİKİ HAVA
  • Rusiyada COVİD-19-dan ölənlərin sayı 90 min nəfərə çatır Rusiyada COVİD-19-dan ölənlərin sayı 90 min nəfərə çatır
  • İsveçrədə hicab və çadranın qadağası ilə bağlı referendum keçirilir İsveçrədə hicab və çadranın qadağası ilə bağlı referendum keçirilir
  • Gürcüstanda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib Gürcüstanda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib
Siyasət

Fransalı deputat: "Xocalı həqiqətlərinin parlament tribunasından səsləndirilməsi üçün addımlar atılacaq"

37
22-02-2021, 18:54

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, spiker Azərbaycanla Fransa arasında əlaqələrin zəngin tarixi olduğunu söyləyib.
Sədr vurğulayıb ki, dövlətlərarası münasibətlər sistemində özünəməxsus yer tutan parlamentlərarası əlaqələrin davamlı inkişafı çox əhəmiyyətlidir. Sədr bu sahədə dostluq qruplarının əhəmiyyətini xüsusi qeyd edib.
Sahibə Qafarova bildirib ki, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva hələ Milli Məclisin üzvü olarkən Fransa ilə dostluq qrupunun rəhbəri kimi əlaqələrimizin inkişafına mühüm töhfələr verib: "Bu ənənə bu gün Fransa ilə dostluq qrupunun üzvləri tərəfindən uğurla davam etdirilir".
Sədr Fransa Senatında Qafqaz üzrə dostluq qrupunun olduğunu xatırladaraq, Azərbaycanla ayrıca bir qrupun yaradılmasının əməkdaşlığımızın gələcək inkişafına əlavə töhfə verə biləcəyini deyib.
Sahibə Qafarova Fransa Milli Assambleyasının bir qrup deputatının ölkəmizə bu səfərinin çox tarixi dönəmdə baş tutduğunu söyləyib.
Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərini azad edərək, öz ərazi bütövlüyünü bərpa edib: "Təəssüf ki, bu dönəmdə Fransa parlamentində erməni diasporunun təsiri ilə Azərbaycanın ədalətli mübarizəsi barədə qərəzli fikirlər səsləndirilib, bəyanatlar və sənədlər qəbul edilib. Təbii ki, bu hal bizi narahat etməyə bilməz. Biz istərdik ki, Fransa kimi bir ölkənin qanunvericilik orqanında bölgə həqiqətləri və Azərbaycanın mövqeyi olduğu kimi səsləndirilsin, ölkə ictimaiyyətinə obyektiv çatdırılsın" deyən spiker Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupu üzvlərinin bu prosesdə daha yüksək fəallıq göstərəcəklərinə inamını ifadə edib.
Dağlıq Qarabağ münaqişəsi barədə bir sıra faktları söyləyən spiker fevralın 26-da xalqımızın Xocalı faciəsinin 29-cu ildönümünü qeyd edəcəyini deyib.
Fransa Milli Assambleyasının deputatı Məcid El Qerab deyib ki, Fransa Cənubi Qafqaz ilə əməkdaşlığın inkişafına böyük önəm verir. Vurğulanıb ki, görüşdə iştirak edən fransalı deputatlar Azərbaycanın dostlarıdır.
Qonaq təəssüflə qeyd edib ki, bu bölgədəki həqiqətlər bəzən Fransa qanunvericilik orqanında olduğu kimi səsləndirilmir: "Biz Azərbaycan tərəfinin narahatlığını anlayırıq və səfər müddətində burada gördüklərimizi Assambleya deputatlarına çatdırmaq niyyətindəyik. Belə hesab edirik ki, Azərbaycan barədə Fransa ictimaiyyəti dolğun və obyektiv məlumatlar almalıdır. Bəzi fransalı deputatlarda, o cümlədən ictimaiyyətin bir kəsimində bu haqda yanlış düşüncələr var. Onlara Azərbaycandakı mövcud mədəni müxtəliflik, fransız mədəniyyətinə olan maraq, buradakı fransız məktəblərinin fəaliyyəti barədə geniş informasiya verilməlidir".
Görüşdə çıxış edən fransalı deputatlar - Frederik Duma, Belkir Baladad, Mustafa Laabid, Karol Buro Bonnar, Mişel Delpon Azərbaycandakı dünyəviliyi, tolerantlığı, Fransa mədəniyyətinə olan marağı yüksək qiymətləndiriblər. Bildirilib ki, Azərbaycanın haqq səsinin daha ucadan eşidilməsi, bölgədə baş verən proseslərin olduğu kimi ictimaiyyətə çatdırılmasında məqsədyönlü iş aparılmalıdır.
Fransalı deputatlar ölkəmizin haqq işi barədə fikirlərin, Xocalı faciəsi barədə həqiqətlərin parlament tribunasından səsləndirilməsi, o cümlədən dostluq qrupu adından yayımlanan sənədlərdə əks olunması üçün gərəkli addımlar atılacağını deyiblər.
Söhbətdə parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri, pandemiyaya qarşı mübarizədə görülən işlər və tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.
Görüşdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Soltan Məmmədov, qrupun üzvü Cavanşir Feyziyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

DİGƏR XƏBƏRLƏR
  • Dünya bazarlarında qazın qiyməti artıb Dünya bazarlarında qazın qiyməti artıb
  • Mehriban Əliyeva xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib Mehriban Əliyeva xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
  • Bakıda Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib - FOTO - YENİLƏNİB Bakıda Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib - FOTO - YENİLƏNİB
  • Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - FOTO Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - FOTO
  • Güclü külək Sumqayıtda liseyin daş hasarını uçurub - FOTO Güclü külək Sumqayıtda liseyin daş hasarını uçurub - FOTO
  • Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
  • Ekvatorial Qvineyada baş verən 4 güclü partlayışda 20 nəfər ölüb, 300 nəfər yaralanıb - VİDEO Ekvatorial Qvineyada baş verən 4 güclü partlayışda 20 nəfər ölüb, 300 nəfər yaralanıb - VİDEO
  • Fransada milyarder deputat helikopter qəzasında ölüb Fransada milyarder deputat helikopter qəzasında ölüb
  • Brent markalı neftin qiyməti 70 dolları keçib Brent markalı neftin qiyməti 70 dolları keçib
  • Vətən müharibəsində ağır yaralanan əsgər 5 ay sonra şəhid olub Vətən müharibəsində ağır yaralanan əsgər 5 ay sonra şəhid olub
  • FHN qarlı-şaxtalı havada yolda köməksiz qalmış iki nəfəri xilas edib - VİDEO - YENİLƏNİB FHN qarlı-şaxtalı havada yolda köməksiz qalmış iki nəfəri xilas edib - VİDEO - YENİLƏNİB
  • Martın 8-də Bakıya yağış, rayonlara qar yağacaq Martın 8-də Bakıya yağış, rayonlara qar yağacaq
  • POPULYAR
  • HƏFTƏ
  • AY
  • Ekvatorial Qvineyada baş verən 4 güclü partlayışda 20 nəfər ölüb, 300 nəfər yaralanıb - VİDEO Bu gün, 09:28 46 Ekvatorial Qvineyada baş verən 4 güclü partlayışda 20 nəfər ölüb, 300 nəfər yaralanıb - VİDEO
  • Rusiyada COVİD-19-dan ölənlərin sayı 90 min nəfərə çatır Dünən, 14:02 23 Rusiyada COVİD-19-dan ölənlərin sayı 90 min nəfərə çatır
  • Bakıda 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub - FOTO Dünən, 14:06 20 Bakıda 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub - FOTO
  • Martın 8-də Bakıya yağış, rayonlara qar yağacaq Dünən, 14:07 18 Martın 8-də Bakıya yağış, rayonlara qar yağacaq
  • FHN qarlı-şaxtalı havada yolda köməksiz qalmış iki nəfəri xilas edib - VİDEO - YENİLƏNİB Dünən, 14:15 18 FHN qarlı-şaxtalı havada yolda köməksiz qalmış iki nəfəri xilas edib - VİDEO - YENİLƏNİB
  • Xəzərdə dalğanın hündürlüyü 4.8 metrə çatıb – FAKTİKİ HAVA Dünən, 14:04 17 Xəzərdə dalğanın hündürlüyü 4.8 metrə çatıb – FAKTİKİ HAVA
  • Fransada milyarder deputat helikopter qəzasında ölüb Bu gün, 09:27 2 Fransada milyarder deputat helikopter qəzasında ölüb
  • Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək 4-03-2021, 14:34 174 Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək
  • Martın 7-də gözlənilən hava şəraiti açıqlanıb 6-03-2021, 17:51 83 Martın 7-də gözlənilən hava şəraiti açıqlanıb
  • Pandemiya şəraitində Azərbaycandan İrana səfər qaydaları açıqlanıb 4-03-2021, 02:18 52 Pandemiya şəraitində Azərbaycandan İrana səfər qaydaları açıqlanıb
  • Ekvatorial Qvineyada baş verən 4 güclü partlayışda 20 nəfər ölüb, 300 nəfər yaralanıb - VİDEO Bu gün, 09:28 46 Ekvatorial Qvineyada baş verən 4 güclü partlayışda 20 nəfər ölüb, 300 nəfər yaralanıb - VİDEO
  • Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib 5-03-2021, 23:00 34 Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib
  • Azərbaycan-Ermənistan arasında ən azı 3 gömrük postu təşkil olunacaq 4-03-2021, 12:57 32 Azərbaycan-Ermənistan arasında ən azı 3 gömrük postu təşkil olunacaq
  • Ağstafada özbaşınalıq-İNSİDENT 4-03-2021, 01:00 31 Ağstafada özbaşınalıq-İNSİDENT
  • Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video 18-02-2021, 12:38 Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
  • Füzulinin Govşatlı kəndi - VİDEO 18-02-2021, 12:32 Füzulinin Govşatlı kəndi - VİDEO
  • İmişli rayon İcra və Probasiya şöbəsi-ARAŞDIRMA 15-02-2021, 20:23 İmişli rayon İcra və Probasiya şöbəsi-ARAŞDIRMA
  • Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək 4-03-2021, 14:34 Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək
  • Daşkəsənə güclü qar yağdı, işıqlar söndü 18-02-2021, 11:07 Daşkəsənə güclü qar yağdı, işıqlar söndü
  • Xocavəndin Binə kəndindən - VİDEO 15-02-2021, 18:42 Xocavəndin Binə kəndindən - VİDEO
  • Sabah hava küləkli olacaq, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq 21-02-2021, 13:04 Sabah hava küləkli olacaq, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq
  • Şotlandiya şirkəti Füzulidə tikilən aeroportun ərazisində minalardan təmizlənməni başa çatdırıb - VİDEO 15-02-2021, 12:56 Şotlandiya şirkəti Füzulidə tikilən aeroportun ərazisində minalardan təmizlənməni başa çatdırıb - VİDEO
  • Martın 7-də gözlənilən hava şəraiti açıqlanıb 6-03-2021, 17:51 Martın 7-də gözlənilən hava şəraiti açıqlanıb
  • Qarabağ qazisindən rüşvət alan vəzifəli şəxsin məhkəməsi başlayıb 9-02-2021, 12:41 Qarabağ qazisindən rüşvət alan vəzifəli şəxsin məhkəməsi başlayıb
SİZİN REKLAM BURADA

SİYASƏT

  • Gürcüstanda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib Oxunub:27 Dünən, 11:49 Gürcüstanda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib
  • Ərdoğan: “Qarabağda işğalın sona çatdırılmasında olduğu kimi, hər təşəbbüsümüzü uğurla yerinə yetirdik” Oxunub:19 6-03-2021, 17:23 Ərdoğan: “Qarabağda işğalın sona çatdırılmasında olduğu kimi, hər təşəbbüsümüzü uğurla yerinə yetirdik”
  • Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb Oxunub:16 6-03-2021, 11:41 Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb
  • Əli Əsədov və Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub Oxunub:4 5-03-2021, 14:13 Əli Əsədov və Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub
  • Ukrayna səfiri Gəncədə Ermənistanın atəşə tutduğu ərazidə olub - FOTO Oxunub:4 5-03-2021, 14:11 Ukrayna səfiri Gəncədə Ermənistanın atəşə tutduğu ərazidə olub - FOTO
  • Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsin qorunmasına yeni töhfəsini verir Oxunub:2 5-03-2021, 11:11 Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsin qorunmasına yeni töhfəsini verir
  • Azərbaycan Prezidenti: “Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdləri riyakarlıqdır” Oxunub:4 4-03-2021, 20:18 Azərbaycan Prezidenti: “Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdləri riyakarlıqdır”
  • Rusiya XİN indiyədək Azərbaycan və Ermənistana təhvil verilən əsirlərin sayını açıqlayıb Oxunub:4 4-03-2021, 18:35 Rusiya XİN indiyədək Azərbaycan və Ermənistana təhvil verilən əsirlərin sayını açıqlayıb
  • MDB-də İnsan hüquqları üzrə Komissiya yaradılacaq Oxunub:4 4-03-2021, 18:17 MDB-də İnsan hüquqları üzrə Komissiya yaradılacaq
  • Azərbaycan haqda böhtan xarakterli məlumatlar Berlin Film Festivalının saytından çıxarılıb Oxunub:4 4-03-2021, 18:12 Azərbaycan haqda böhtan xarakterli məlumatlar Berlin Film Festivalının saytından çıxarılıb
Müəllif hüquqları qorunur.Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.