Ermənistanın siyasi rəhbərliyi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz etmək yönündə fəaliyyətinə daha bir element daxil edib. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş oyuncaq rejimin “başçısı” bildirib ki, 2022-ci ilə qədər qondarma rejimin “parlamenti” Şuşaya köçürüləcək və bu köçürülmə Şuşa şəhərinin tarixi rolunu nəzərə alaraq, “simvolik məna daşıyır”.
APA xəbər verir ki, bu fikirlər Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş qondarma rejimin “parlamentinin” Şuşa şəhərinə köçürülməsi ilə bağlı Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevin şərhində bildirilir.
T.Gəncəliyevin açıqlamasında qeyd olunur ki, son hadisələrin fonunda Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən biri olan Şuşanın adının məqsədli şəkildə Ermənistanın çirkin əməllərinə alət edilməsi işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir: "Bu qərar həm də onu göstərir ki, Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır. Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və Azərbaycanın daha çox ərazilərini işğal etmək üçün yeni hücumlara hazırlaşır.
Bəyan edirik ki, Azərbaycan Republikasının Qarabağ bölgəsinin işğalı müvəqqətidir. Ermənistanın işğalında olan bütün ərazilərimiz azad ediləcək və bütün məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsi təmin ediləcək".
Siyasət
Tural Gəncəliyev: "Şuşanın adının məqsədli şəkildə Ermənistanın çirkin əməllərinə alət edilməsi işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir"

DİGƏR XƏBƏRLƏR
-
Xırdalandakı partlayış zamanı xəsarət alanların adları məlum olub
-
Xırdalandakı partlayış zamanı xəsarət alanların adları məlum olub
-
Prezidentin köməkçisi: "ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər"
-
Hikmət Hacıyev: "ATƏT-in Minsk Qrupunun münaqişə ilə bağlı keçmiş narrativləri işləmir, çünki regionda situasiya tamamilə dəyişib"
-
Xırdalanda dağıntılar altından xilas edilənlərin sayı 6-ya çatıb - FOTO - VİDEO - YENİLƏNİB-1
-
İmişlidə Heydər Əliyev parkında yaşıllaşdırma işlərinə başlanılıb
-
Füzuli rayonunun Dövlətyarlı kəndi - VİDEO
-
FHN Xırdalandakı partlayışla bağlı məlumat yayıb
-
Xırdalanda evdə partlayış olub, iki nəfər dağıntılar altından çıxarılıb - FOTO - VİDEO
-
Azərbaycanda indiyədək aparılmış koronavirus testlərinin sayı açıqlanıb
-
"BakuBus" MMC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib
-
Azərbaycanda son sutkada 273 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub, 11 nəfər vəfat edib