“Ermənistan regional sabitlik üçün təhdiddir. Ermənistan Türkiyəyə qarşı ərazi iddiası irəli sürüb. Bu, onların konstitusiyasında öz əksini tapıb, təsbit edilib. Ermənistan indi Sevr müqaviləsini canlandırmaq istəyir”.
APA-nın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib.
“Sən səfalət içində, özü də özünə aid olmayan yerlərdə dövlət qurmuş balaca bir ölkə Türkiyə boyda ölkəyə necə iddia qaldıra bilərsən, onu necə ittiham edə bilərsən?! Sən heç olmasa öz potensialına da bax, Türkiyənin potensialına da bax.
Bizim Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Ulu öndər Heydər Əliyev demişkən, “bir millət, iki dövlət” prinsipi əsasında, bütün məsələlərdə bir yerdəyik. Hər bir məsələdə bir-birimizin yanındayıq”, - deyə dövlət başçısı bildirib.
Siyasət
Azərbaycan Prezidenti: “BiziAzərbaycan Prezidenti: “Bizim Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da inkişaf edəcək”m Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da inkişaf edəcək”

DİGƏR XƏBƏRLƏR
-
Xırdalandakı partlayış zamanı xəsarət alanların adları məlum olub
-
Xırdalandakı partlayış zamanı xəsarət alanların adları məlum olub
-
Prezidentin köməkçisi: "ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər"
-
Hikmət Hacıyev: "ATƏT-in Minsk Qrupunun münaqişə ilə bağlı keçmiş narrativləri işləmir, çünki regionda situasiya tamamilə dəyişib"
-
Xırdalanda dağıntılar altından xilas edilənlərin sayı 6-ya çatıb - FOTO - VİDEO - YENİLƏNİB-1
-
İmişlidə Heydər Əliyev parkında yaşıllaşdırma işlərinə başlanılıb
-
Füzuli rayonunun Dövlətyarlı kəndi - VİDEO
-
FHN Xırdalandakı partlayışla bağlı məlumat yayıb
-
Xırdalanda evdə partlayış olub, iki nəfər dağıntılar altından çıxarılıb - FOTO - VİDEO
-
Azərbaycanda indiyədək aparılmış koronavirus testlərinin sayı açıqlanıb
-
"BakuBus" MMC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib
-
Azərbaycanda son sutkada 273 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub, 11 nəfər vəfat edib