• ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • ÖLKƏ
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • İDMAN
  • DÜNYA
  • BÖLGƏ
  • CƏMİYYƏT
  • KRİMİNAL
  • MARAQLI
  • SAĞLAMLIQ
  • POEZİYA
  • Əlaqə
Geri İrəli
  • Prezidentin köməkçisi: "ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər" Prezidentin köməkçisi: "ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər"
  • Hikmət Hacıyev: "ATƏT-in Minsk Qrupunun münaqişə ilə bağlı keçmiş narrativləri işləmir, çünki regionda situasiya tamamilə dəyişib" Hikmət Hacıyev: "ATƏT-in Minsk Qrupunun münaqişə ilə bağlı keçmiş narrativləri işləmir, çünki regionda situasiya tamamilə dəyişib"
  • Azərbaycanda indiyədək aparılmış koronavirus testlərinin sayı açıqlanıb Azərbaycanda indiyədək aparılmış koronavirus testlərinin sayı açıqlanıb
  • "BakuBus" MMC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib "BakuBus" MMC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib
  • Azərbaycanda son sutkada 273 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub, 11 nəfər vəfat edib Azərbaycanda son sutkada 273 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub, 11 nəfər vəfat edib
  • Səfirlik: Fərman İsmayılovun cənazəsinin yola salınması istiqamətində işlər aparılır Səfirlik: Fərman İsmayılovun cənazəsinin yola salınması istiqamətində işlər aparılır
  • Aİ Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanımadığını bəyan edib Aİ Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanımadığını bəyan edib
  • FHN dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən vətəndaşlara müraciət edib - VİDEO FHN dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən vətəndaşlara müraciət edib - VİDEO
  • Antisanitar şəraitdə fəaliyyət göstərən unlu qənnadı məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb Antisanitar şəraitdə fəaliyyət göstərən unlu qənnadı məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
  • Putin 12 il sonra Davos İqtisadi Forumunda çıxış edəcək Putin 12 il sonra Davos İqtisadi Forumunda çıxış edəcək
  • XİN Ceyhun Bayramov və Cavad Zərifin görüşünə dair məlumat yayıb XİN Ceyhun Bayramov və Cavad Zərifin görüşünə dair məlumat yayıb
  • Putin yanvarın 23-də Rusiyada keçirilən etiraz aksiyalarına münasibət bildirib Putin yanvarın 23-də Rusiyada keçirilən etiraz aksiyalarına münasibət bildirib
  • AŞPA-da erməni hərbi əsirlərlə bağlı məsələnin müzakirəsinə dair təklif rədd edilib AŞPA-da erməni hərbi əsirlərlə bağlı məsələnin müzakirəsinə dair təklif rədd edilib
  • Azərbaycanda sterilizasiya qurğusundan geniş miqyasda istifadə olunacaq Azərbaycanda sterilizasiya qurğusundan geniş miqyasda istifadə olunacaq
  • "AzerGold" ötən il qızıl və gümüş ixracından 187 mln. manata yaxın gəlir əldə edib "AzerGold" ötən il qızıl və gümüş ixracından 187 mln. manata yaxın gəlir əldə edib
  • İran XİN başçısı: “Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulmasından sonra artıq normal vəziyyət mövcuddur” İran XİN başçısı: “Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulmasından sonra artıq normal vəziyyət mövcuddur”
Siyasət

Andrey Karaulov: "Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq" - MÜSAHİBƏ

43
31-07-2020, 14:56

Rusiyanın tanınmış jurnalisti, teleaparıcı, "Moment istinı", "Ruskiy vek" verilişlərinin müəllifi Andrey Karaulovun APA-nın Moskva müxbirinə müsahibəsi
- Andrey Viktoroviç, baş verən hadisələri yəqin ki, izləyirsiniz. Azərbaycan-Ermənistan sərhədində baş verənləri nəzərdə tuturam. Sizcə, nə baş verir və niyə baş verir?
- Baş verənlər çox pisdir. Mənə elə gəlir ki, biz XXI əsrdə yenə əvvəlki səhvlərimizi təkrarlayırıq. Bu gün baş verənlər dəlilikdir. Bu münaqişəni yaradanlar, törədənlər bunu yaxşı bilir. Mən Qarabağ münaqişəsi haqqında Heydər Əliyevlə çox danışmışam. Bunun necə baş verməsi haqqında söhbətlərimiz olub. O, mənə Ermənistan Kommunist Partiyasının birinci katibi Karen Dəmirçyanla ildə 2-3 dəfə Qarabağa necə səfər etdikləri barədə danışırdı. Dağlıq Qarabağdakı ermənilər yağ-bal içində yaşayırdılar. Qonşular arasında hər zaman mübahisə olub. Əgər biz insanlar mübahisələri sülh yolu ilə həll edə bilmiriksə, o zaman biz insan deyilik. Bu gün münaqişənin eskalasiyası yeni ölümlər, yeni bədbəxtliklər deməkdir. Bu, əslində hər bir erməniyə, hər bir azərbaycanlıya zərbədir. Bu münaqişə o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq. Bu, onun torpağıdır. Əks halda, bu münaqişə heç vaxt bitməyəcək. Ermənilər bundan bəyəm xoşbəxt olublar? Mən o zaman Heydər Əliyevə də demişdim. Müharibədən 2 il sonra İrəvanda olmuşdum. Nə qədər erməni Ermənistanı tərk edib. Nə qədər azərbaycanlı həm Ermənistandan, həm də işğal altındakı ərazilərdən qaçqın və məcburi köçkün düşüb. O zaman Tatarıstanın keçmiş prezidenti Mintemir Şaymiyevlə Azərbaycana getmişdik. Heydər Əliyev bizi qaçqınların çadır şəhərciyinə apardı. Şaymiyev ağladı, göz yaşlarını saxlaya bilmədi. Bilirsiniz, Qarabağ münaqişəsi ermənilərin həyatını çox qısaldıb. Başqasının olana necə mənimki demək olar?! Təəssüflər olsun ki, Ermənistan özünü elə aparır, elə bil bütün bu faciələr baş verməyib, İrəvan boşalmayıb, yoxsulluq baş verməyib. 
- Siz ötən əsrin sonlarında - Ermənistan-Azərbaycan münaqişəsinin qaynar dövrünün də şahidi olmusunuz. Geosiyasi vəziyyət baxımından indiki dövrlə 80-ci illərin sonu, 90-cı illərin əvvəllərini necə fərqləndirirsiniz?
- Deyərdim ki, yenə həmin vəziyyətdir. O zaman da beyinlərdə nə idisə, bu gün də odur. Bu, təkcə Qarabağ münaqişəsinə aid deyil. Elə Abxaziyada da həmin vəziyyətdir. Orda da vaxt dayanıb. Abxazlar indi zəngin yaşayırlar? Xeyr. O qədər dedilər müstəqillik, müstəqillik. Aldınız müstəqilliyi. Bundan sonra nə?
Qarabağdan azərbaycanlıların çıxarılması, Çeçenistandan rusların çıxarılması, günahsız insanların evsiz-eşiksiz qalması, bunlar yaxın tarixin ən böyük faciələridir. Bunlar haqqında film çəkmək olar. İnsanlar tariximizi çox pis bilirlər. Əgər tarixi bilsəydilər, Qarabağdan insanların qovulduqlarını bilsəydilər, bu cür hallar təkrarlanmazdı.
Heydər Əliyevlə bağlı xatirəni xatırlatmaq istəyirəm. Sumqayıt hadisələri baş vermişdi. Heydər Əliyev anlayırdı ki, bunun arxasında Azərbaycan xalqı deyil, Dövlət Təhlükəsizlik Komitəsi durur. Ona görə ki, ermənilərin öldürülməsi siyahı əsasında baş vermişdi. DTK-sız, erməni lobbisinin Mixail Qorbaçova təsiri olmadan, Şahnazarov, Aqanbekyanın Qorbaçovla sövdələşməsi olmadan bunu etmək mümkün deyildi. 
Aqanbekyanın Fransanın "Humanite" qəzetinə müsahibəsi, müsahibədə "Qorbaçov Qarabağın Azərbaycandan ayrılmasını dəstəkləyir" deməsi... Qorbaçovun iradəsi olmadan hiyləgər Aqanbekyan bunu deməzdi. Bütün bunlar ictimai rəyi hazırlamaq üçün idi. Erməni lobbisi ABŞ-da güclü idi, bu tarixən belə olub. Qorbaçov şəxsən Qarabağın getməsinə razılıq vermişdi, Maltada Buşa Litvanın getməsinə razılıq verdiyi kimi... Ermənilər bunun müqabilində Qorbaçova çoxlu vəd vermişdilər, ABŞ-da erməni lobbisi tərəfindən Buşa təsir vədi verilmişdi. Qorbaçov vəzifədə qalmaq üçün ərazi alverinə girişmişdi.
O zaman Heydər Əliyev Mərkəzi Komitəyə gedərək baş verəcəklər barədə dövləti xəbərdar etmək istəyib. Onu Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Razumovski uzun müddətdən sonra qəbul edib, lakin qan töküləcəyi ilə bağlı xəbərdarlıqlarına qulaq asmamışdılar. Çünki onlar siyasətçi deyildilər, konyukturaçı idilər. Dağlıq Qarabağın Qorbaçovun ABŞ-la oyununda bir məqam olduğunu ancaq axmaqlar anlamaya bilməzdi. Qorbaçov heç Azərbaycan sözünü düz deyə bilmirdi. Qarabağın xəritədə yerini də göstərə bilmirdi. Qorbaçov bunu torpağa görə münaqişə adlandırırdı. Bu cəfəngiyyatdır, Qarabağ Qorbaçovun hakimiyyətdə qalması, Boris Yeltsinin keçməməsi üçün ABŞ-la oyunu idi. Lakin Boris Yeltsin keçdi, prezident oldu. Bu isə ayrı bir tarixdir. Ona görə də Qorbaçovun bu gün cəmiyyətdə hörməti yoxdur. O çoxlu qan töküb. Tək elə Bakıda, hələ də bilmirik ki, 90-cı ilin yanvar hadisələrində nə qədər insan qətlə yetirilib. Qorbaçov hakimiyyətdə qalmaq üçün ölkənin yarısını verməyə hazır idi. 
- Necə düşünürsünüz, indiyə kimi bu münaqişənin həlli şansı olubmu? Olubsa, niyə baş tutmayıb, kim buna mane olub?
- Olub. Ermənistanda ağıllı insanlar olsaydılar, çoxdan həll olunmuşdu. Ermənistanda o qədər istifadəsiz torpaqlar var ki. Nəyi bölə bilmirlər? Orada o qədər boş ərazilər var ki... Ermənistan Çin deyil, orada yaşamaq üçün kifayət qədər yer var. Bu illər ərzində nə qədər erməni İrəvanı və digər şəhərləri tərk edib.
- Həll şansı niyə qaçırıldı?
- Ona görə ki, Karen Dəmirçyan öldürüldü. Dəmirçyan sağ qalsaydı, bəlkə də məsələ həll olunmuşdu. Bu cür siyasətçilər xalqı hansısa çıxış yoluna razı sala bilirdilər. 
- Sizcə, Rusiyanın bu məsələdə mövqeyi necə olmalıdır? Bu gün Kremlin tutduğu mövqe Sizi qane edirmi?
- Xeyr, bu gün Rusiyanın bu məsələ ilə bağlı mövqeyi məni qane etmir. Rusiya XİN ancaq bəyanatlarla kifayətlənməməlidir. Şübhəsiz ki, bu gün bütün vəziyyətlərdən çıxış yolu var.
- Sizcə, Kreml nə etməlidir?
- Tərəfləri yola gətirməlidir. 
- Necə və hansı yolla?
- Onu bilmirəm. Heydər Əliyev ki, bunu bacarmışdı. Müharibəni saxlamışdı. Bütün vəziyyətlərdən çıxış yolu var. Bunun üçün dialoq lazımdır. Əgər Rusiya XİN dialoq üçün bir söz tapa bilmirsə, onda heç nə. 
- 26 ildir ki, dialoq aparılır…
- O dialoq deyil, dialoq imitasiyasıdır. Qısa və konkret olmaq lazımdır. Stalinin dövründə olduğu kimi. 
- Qarabağ münaqişəsinin müharibə yolu ilə həllini necə, mümkün görürsünüzmü?
- Dialoq yoxdursa, başqa yol yoxdur deməkdir. Təəssüflər olsun ki, qalır müharibə yolu. Amma bu yol da yaxşı deyil. Azərbaycanın Qarabağı qaytarmağa tarixi və digər cəhətlərdən tam hüququ çatır. Bilirsiniz, İsveçrə kimi balaca ölkələr müharibə üçün deyil. Onların müharibəsində qalib olmur, onlar ancaq bir-birini məhv edir. Bunu Heydər Əliyev ermənilərə izah etmişdi. Balaca ölkələr ayrıca dünyadır.
Dağlıq Qarabağ təkcə Azərbaycanın və ya Ermənistanın problemi deyil, dünyanın problemidir.  Bu gün  Moskva və İrəvan arasında münasibətlər soyuqdur. Bu münaqişənin həlli üçün Rusiyanın Ermənistana yumruq göstərməsi lazımdır. Mən həmin yumruğu indi Rusiya tərəfində görmürəm.

DİGƏR XƏBƏRLƏR
  • Xırdalandakı partlayış zamanı xəsarət alanların adları məlum olub Xırdalandakı partlayış zamanı xəsarət alanların adları məlum olub
  • Xırdalandakı partlayış zamanı xəsarət alanların adları məlum olub Xırdalandakı partlayış zamanı xəsarət alanların adları məlum olub
  • Prezidentin köməkçisi: "ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər" Prezidentin köməkçisi: "ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər"
  • Hikmət Hacıyev: "ATƏT-in Minsk Qrupunun münaqişə ilə bağlı keçmiş narrativləri işləmir, çünki regionda situasiya tamamilə dəyişib" Hikmət Hacıyev: "ATƏT-in Minsk Qrupunun münaqişə ilə bağlı keçmiş narrativləri işləmir, çünki regionda situasiya tamamilə dəyişib"
  • Xırdalanda dağıntılar altından xilas edilənlərin sayı 6-ya çatıb - FOTO - VİDEO - YENİLƏNİB-1 Xırdalanda dağıntılar altından xilas edilənlərin sayı 6-ya çatıb - FOTO - VİDEO - YENİLƏNİB-1
  • İmişlidə Heydər Əliyev parkında yaşıllaşdırma işlərinə başlanılıb İmişlidə Heydər Əliyev parkında yaşıllaşdırma işlərinə başlanılıb
  • Füzuli rayonunun Dövlətyarlı kəndi - VİDEO Füzuli rayonunun Dövlətyarlı kəndi - VİDEO
  • FHN Xırdalandakı partlayışla bağlı məlumat yayıb FHN Xırdalandakı partlayışla bağlı məlumat yayıb
  • Xırdalanda evdə partlayış olub, iki nəfər dağıntılar altından çıxarılıb - FOTO - VİDEO Xırdalanda evdə partlayış olub, iki nəfər dağıntılar altından çıxarılıb - FOTO - VİDEO
  • Azərbaycanda indiyədək aparılmış koronavirus testlərinin sayı açıqlanıb Azərbaycanda indiyədək aparılmış koronavirus testlərinin sayı açıqlanıb
  • "BakuBus" MMC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib "BakuBus" MMC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib
  • Azərbaycanda son sutkada 273 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub, 11 nəfər vəfat edib Azərbaycanda son sutkada 273 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub, 11 nəfər vəfat edib
  • POPULYAR
  • HƏFTƏ
  • AY
  • İmişli RİH-də cavan kadr siyasəti 22-01-2021, 15:34 311 İmişli RİH-də cavan kadr siyasəti
  • Kəlbəcərin Kəndyeri kəndi - VİDEO 21-01-2021, 20:31 182 Kəlbəcərin Kəndyeri kəndi - VİDEO
  • Rusiyada “dedovşina” səbəbindən 8 əsgər yoldaşını öldürən Ramil Şamsutdinova 24,6 il həbs cəzası verilib 21-01-2021, 13:24 122 Rusiyada “dedovşina” səbəbindən 8 əsgər yoldaşını öldürən Ramil Şamsutdinova 24,6 il həbs cəzası verilib
  • Ağstafa rayonunda COVİD-19-a qarşı sakinlərin vaksinasiyasına başlanıldı 21-01-2021, 19:50 94 Ağstafa rayonunda COVİD-19-a qarşı sakinlərin vaksinasiyasına başlanıldı
  • Goranboy rayonunda kəndliləri susuz qoyanlar kimlərdir? 21-01-2021, 03:53 81 Goranboy rayonunda kəndliləri susuz qoyanlar kimlərdir?
  • Bakıda 30 yaşlı qadın özünü binadan ataraq intihar edib 24-01-2021, 18:54 64 Bakıda 30 yaşlı qadın özünü binadan ataraq intihar edib
  • Rusiyada “dedovşina” səbəbindən 8 əsgər yoldaşını öldürən Ramil Şamsutdinova 24,6 il həbs cəzası verilib 21-01-2021, 13:24 63 Rusiyada “dedovşina” səbəbindən 8 əsgər yoldaşını öldürən Ramil Şamsutdinova 24,6 il həbs cəzası verilib
  • Kənd xəstəxanasında nələr baş verir.....? 6-01-2021, 18:08 Kənd xəstəxanasında nələr baş verir.....?
  • İmişli RİH-də cavan kadr siyasəti 22-01-2021, 15:34 İmişli RİH-də cavan kadr siyasəti
  • Müdafiə Nazirliyinin məlumatı 28-12-2020, 12:00 Müdafiə Nazirliyinin məlumatı
  • İmişli icra və pobasiya şöbəsinin rəisi Samir Osmanov kimə arxalanlr? 28-12-2020, 20:50 İmişli icra və pobasiya şöbəsinin rəisi Samir Osmanov kimə arxalanlr?
  • Qazinin igid Şəhid övladı-FOTO/VİDEO 15-01-2021, 19:32 Qazinin igid Şəhid övladı-FOTO/VİDEO
  • İmişlidə Qarabağ veteranına olunan zülüm ( VİDEO )-(OXUİNFO.az-a istinadən) 15-01-2021, 11:16 İmişlidə Qarabağ veteranına olunan zülüm ( VİDEO )-(OXUİNFO.az-a istinadən)
  • Gənclərə örnək qazi-müəllim 15-01-2021, 12:50 Gənclərə örnək qazi-müəllim
  • Kəlbəcərin Kəndyeri kəndi - VİDEO 21-01-2021, 20:31 Kəlbəcərin Kəndyeri kəndi - VİDEO
  • Redaksiyamıza ağır itki 29-12-2020, 17:19 Redaksiyamıza ağır itki
  • Şəhid dəfn olundu-FOTO 10-01-2021, 19:15 Şəhid dəfn olundu-FOTO
SİZİN REKLAM BURADA

SİYASƏT

  • Prezidentin köməkçisi: "ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər" Oxunub:30 25-01-2021, 22:22 Prezidentin köməkçisi: "ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər"
  • Hikmət Hacıyev: "ATƏT-in Minsk Qrupunun münaqişə ilə bağlı keçmiş narrativləri işləmir, çünki regionda situasiya tamamilə dəyişib" Oxunub:19 25-01-2021, 22:17 Hikmət Hacıyev: "ATƏT-in Minsk Qrupunun münaqişə ilə bağlı keçmiş narrativləri işləmir, çünki regionda situasiya tamamilə dəyişib"
  • Aİ Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanımadığını bəyan edib Oxunub:17 25-01-2021, 18:33 Aİ Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanımadığını bəyan edib
  • Putin 12 il sonra Davos İqtisadi Forumunda çıxış edəcək Oxunub:20 25-01-2021, 18:26 Putin 12 il sonra Davos İqtisadi Forumunda çıxış edəcək
  • XİN Ceyhun Bayramov və Cavad Zərifin görüşünə dair məlumat yayıb Oxunub:17 25-01-2021, 18:13 XİN Ceyhun Bayramov və Cavad Zərifin görüşünə dair məlumat yayıb
  • AŞPA-da erməni hərbi əsirlərlə bağlı məsələnin müzakirəsinə dair təklif rədd edilib Oxunub:19 25-01-2021, 18:09 AŞPA-da erməni hərbi əsirlərlə bağlı məsələnin müzakirəsinə dair təklif rədd edilib
  • İran XİN başçısı: “Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulmasından sonra artıq normal vəziyyət mövcuddur” Oxunub:22 25-01-2021, 14:40 İran XİN başçısı: “Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulmasından sonra artıq normal vəziyyət mövcuddur”
  • İran XİN: Cavad Zərifin Bakı səfəri tarixi səfər olacaq Oxunub:18 25-01-2021, 14:39 İran XİN: Cavad Zərifin Bakı səfəri tarixi səfər olacaq
  • Ədliyyə Nazirliyi fəaliyyət göstərməyən partiyaların adlarını açıqlayıb Oxunub:24 25-01-2021, 14:22 Ədliyyə Nazirliyi fəaliyyət göstərməyən partiyaların adlarını açıqlayıb
  • Azərbaycan və İran XİN başçıları arasında görüş keçirilir Oxunub:18 25-01-2021, 12:39 Azərbaycan və İran XİN başçıları arasında görüş keçirilir
Müəllif hüquqları qorunur.Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.