Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzayıb.
APA xəbər verir ki, fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib.
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri (bundan sonra – xüsusi nümayəndə) rəhbərlik edirlər.
Müəyyən edilib ki:
- xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir;
- xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında əsasnamənin layihəsini və xüsusi nümayəndəliklərin fəaliyyətinin təşkilinə dair təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Ölkə
İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilib
DİGƏR XƏBƏRLƏR
-
İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı keçirilir
-
Şamaxıda 7 evdən oğurluq edən şəxs saxlanılıb
-
Kreml: Rusiya bütün kimyəvi silahını məhv edib
-
ÜST: Azərbaycana 432 min doza "AstraZeneca" peyvəndi ayrılıb
-
Bakıda gips əsaslı məmulatlar zavodu açılacaq
-
Sabahın hava proqnozu
-
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək
-
Ceyhun Bayramovun Baş katibə ünvanladığı məktub BMT sənədi kimi yayılıb
-
Türkiyəyə səfər edəcək şəxslərdən COVID-19 testi ilə bağlı tələbin müddəti uzadılıb
-
Azərbaycanda indiyədək vaksinasiyadan keçənlərin sayı açıqlanıb
-
Sürücülərin nəzərinə! 40 manat cərimə oluna bilərsiniz - VİDEO
-
300 dollarlıq limit artırıla bilərmi? - Səfər Mehdiyev açıqladı