Sumqayıt şəhərində quşçuluq broyler təsərrüfatında yoxlama həyata keçirilib.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Məlumatda bildirilir ki, istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Daxil olan məlumat əsasında agentliyin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsi 1 ünvanında yerləşən, “Murad Aqro” MMC-yə məxsus quşçuluq broyler təsərrüfatında yoxlama həyata keçirilib.
Keçirilən yoxlama zamanı təsərrüfatın normativ texniki sənədlərin tələblərinə əməl edilmədən fəaliyyət göstərdiyi aşkar olunub. Müəssisədə istehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.
Ölkə
Quşçuluq broyler təsərrüfatında tələblərə uyğun olmayan fəaliyyət aşkarlanıb - FOTO

DİGƏR XƏBƏRLƏR
-
Ermənilərin meşə fonduna, təbii sərvətlərə vurduğu ziyan hesablanır - Nazir müavini (FOTO)
-
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini videoformatda qəbul edib Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini videoformatda qəbul edib
-
İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilib
-
Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
-
Bakıda kişi özünü körpüdən atıb
-
Qarabağ Dirçəliş Fondu istiqrazlar və digər növ qiymətli kağızlar buraxacaq
-
Qarabağ Dirçəliş Fondu vəsait toplanması məqsədilə marafonlar təşkil edəcək
-
Qarabağ Dirçəliş Fondunun saytı yaradılacaq
-
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin təşkili qaydası müəyyənləşib
-
Qarabağ Dirçəliş Fondunun filialları və nümayəndəlikləri olacaq
-
NRYTN: Kiberdələduzlar "Azərpoçt"un rəsmi saytına oxşar saxta səhifələr yaradır - FOTO
-
Parlamentin komitə sədri: “Əfv Komissiyası yaxın vaxtlarda toplaşacaq”