• ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • ÖLKƏ
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • İDMAN
  • DÜNYA
  • BÖLGƏ
  • CƏMİYYƏT
  • KRİMİNAL
  • MARAQLI
  • SAĞLAMLIQ
  • POEZİYA
  • Əlaqə
Geri İrəli
  • Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib
  • “Trabzonspor” qələbə qazanıb, “Başakşəhər” uduzub “Trabzonspor” qələbə qazanıb, “Başakşəhər” uduzub
  • Bölgələrdə qar, Bakıda sulu qar yağıb - FAKTİKİ HAVA Bölgələrdə qar, Bakıda sulu qar yağıb - FAKTİKİ HAVA
  • Pompeo: "ABŞ Çinin uyğurlara qarşı addımlarını "soyqırımı" hesab edir" Pompeo: "ABŞ Çinin uyğurlara qarşı addımlarını "soyqırımı" hesab edir"
  • Türkiyə Azərbaycanla Preferensial ticarət sazişini ratifikasiya edib Türkiyə Azərbaycanla Preferensial ticarət sazişini ratifikasiya edib
  • Rusiya FHN tərəfindən ölkəmizə əlavə pirotexniki qrup və texnika gətirilib - VİDEO Rusiya FHN tərəfindən ölkəmizə əlavə pirotexniki qrup və texnika gətirilib - VİDEO
  • Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərini nəzərdə tutan layihə MM-də müzakirə olunacaq Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərini nəzərdə tutan layihə MM-də müzakirə olunacaq
  • Azərbaycanın bölgələrində də COVID-19 əleyhinə vaksinasiyaya başlanılıb Azərbaycanın bölgələrində də COVID-19 əleyhinə vaksinasiyaya başlanılıb
  • Hulusi Akar: “Məqsədimiz PKK problemini ortadan qaldırıb, qonşularımızla dinc şəkildə yaşamaqdır” Hulusi Akar: “Məqsədimiz PKK problemini ortadan qaldırıb, qonşularımızla dinc şəkildə yaşamaqdır”
  • Azərbaycan Ordusunun şəhid olan hərbçisi Gəncədə dəfn edilib - FOTO Azərbaycan Ordusunun şəhid olan hərbçisi Gəncədə dəfn edilib - FOTO
  • Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini videoformatda qəbul edib Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini videoformatda qəbul edib
  • İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilib İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilib
  • Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
  • Qarabağ Dirçəliş Fondu istiqrazlar və digər növ qiymətli kağızlar buraxacaq Qarabağ Dirçəliş Fondu istiqrazlar və digər növ qiymətli kağızlar buraxacaq
  • Qarabağ Dirçəliş Fondu vəsait toplanması məqsədilə marafonlar təşkil edəcək Qarabağ Dirçəliş Fondu vəsait toplanması məqsədilə marafonlar təşkil edəcək
  • Qarabağ Dirçəliş Fondunun saytı yaradılacaq Qarabağ Dirçəliş Fondunun saytı yaradılacaq
Ölkə

Pənahəli xanın erməni vandallığından nəsibini alan Şahbulaq qalası - REPORTAJ - FOTOLAR - VİDEO

95
7-01-2021, 19:55

Əvvəlki yazını buradan oxuya bilərsiniz: (https://apa.az/az/dagliq_qarabag/Azrbaycan-Ordusunun-ermni-vhsiliyin-son-qoyan-zfri-Agdamda-n-gordum-colorredREPORTAJcolor-colorredFOTOLARcolor-620996)
APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” rubrikası altında silsilə reportajlar hazırlayıb. Bu silsilədən növbəti reportajı təqdim edirik:
Şahbulaq qalası və uydurma Tiqranakert

Bu da Şahbulaq kəndi... Şahbulaqda Qarabağ xanı Pənahəli xanın 1751-1752-ci illərdə inşa etdirdiyi qala yerləşir. Kəndin də, qalanın adı yaxınlığındakı gursulu bulağın adından götürülüb. 

Ermənilər Qarabağın guya onların qədim torpaqları olduğunu sübut etmək üçün burada genişmiqyaslı qazıntılar başlatmış və guya qədim Tiqranakert şəhərinin qalıqlarını aşkar etmişdilər. Buna görə də bu ərazilər ermənilər üçün çox önəmli sayılırdı. Bu üzdən Şahbulağa pul xərcləməkdə xəsislik etmirdilər, tikib-düzəldirlər. Bəs necə, bura gələn xaricilərə nəsə göstərmək üçün şərait də yaratmalısan axı. Yolboyu gördüyümüz dağıntılardan sonra birdən qabağımıza dəmir torla hasarlı, şamlığın içində bir qala çıxır.
Qalanın başında Azərbaycan bayrağı dalğalanır...


2006-cı ildə Ermənistan Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Şahbulaq yaylağına ezam edilib. Erməni alimləri burada aparılan qazıntıların nəticəsi olaraq iddia ediblər ki, guya “qədim erməni dövlətinin paytaxtlarından” biri olan Tiqranakert elə Şahbulaq yaylağında “gizlənibmiş”. Bundan sonra Şahbulaq qalasının qalıqları üzərində Tiqranakert muzeyini inşa ediblər. Təbii ki, Pənahəli xanın tikdirdiyi qalanın tarixiliyinə xələl gətirməklə... 

Qalanın əsas divarlarından əsər-əlamət qalmayıb. Görünür, ermənilər muzeyi qəsdən qala divarlarının qalıqları üzərində inşa ediblər ki, tariximizi silsinlər. Lakin bir şeyi unudublar ki, onların sementlə-qumla silməyə çalışdıqları tarixi ordumuz silah gücünə bərpa edib. 

Əsas girişdən keçib muzeyin həyətinə daxil oluruq. Həyətin ortasında hovuz, skamyalar, bir neçə ağac var. Hələ müharibənin qızğın vaxtında erməni arxeoloqlar muzeydəki eksponatları, təbii ki, Şahbulaq ərazisində aparılan qazıntılar zamanı aşkar olunan  materialları Ermənistana daşıyırdılar, muzeyi talan edirdilər, gedərayaq da oğurluqlarından qalmırdılar. 

Muzeyi gəzirik. Şahbulaqda arxeoloji qazıntılar aparılması ilə bağlı erməni və ingilis dillərində yazılı plakatlar, müxtəlif broşurlar, etiketajlar, bilet kağızları, məlumat lövhələri hara gəldi atılıb, eksponatların sərgiləndiyi şüşə vitrinlərin, ekspozisiya altlıqlarının, kürsülərin çoxu aşırılıb. Hər tərəf dağınıq vəziyyətdədir. Yerdən tapdığımız etiketajların üzərindəki yazılardan məlum olur ki, eksponatlar çox qədim dövrlərə aid olub. 

Qalanın bürclərindən baxanda arxeoloji qazıntı aparılan yerlərin bəziləri aydın görünür. Lakin hərbi dillə desək oraların “təmiz” olub-olmadığına əmin olmadığımız üçün yaxınlaşmırıq. Qalanın aşağısında yerləşən bulağa düşürük. 

Kilsə, yoxsa məscid?..
Bulağın qarşısındakı ağaclığa daş döşənib, park salınıb. Vaxtı ilə azərbaycanlıların dincəldiyi bu yerlərdə ermənilər özləri üçün şərait qurublarmış. Düz dağın ətəyində, ağacların içində tikili var. Kilsəyə oxşayır. Tikiliyə bitişik hovuz var, qayaların, tikilinin altından qaynayan bulağın suyu hovuza dolur, ordan digər hovuza keçir və irəlidəki çəmənliyin içi ilə axıb düzə yayılır. Hovuzlar yarıdağılmış vəziyyətdədi, içini yosun basıb, görkəmi qarşısındakı parkın gözəlliyi ilə tərs mütənasibdir.


Kilsəyə oxşayan tikili Şahbulaq məscididir. Məscid qala ilə eyni dövrdə Pənahəli xan tərəfindən inşa edilib. Bütövlükdə yerli əhəng daşı ilə inşa edilmiş Şahbulaq məscidi üç tağlı eyvandan və bir ibadət zalından ibarətdir. Eyvanın tağları mütənasib qamətli bir cüt daş sütunlara söykənir. Tavanı isə tağbənd şəklində tamamlanır. İbadət zalı kvadrat şəkilli olduğundan tavanı interyer tərəfdən günbəz şəklində tamamlanıb, bayır tərəfdən isə günbəz üzərinə yeni örtük materialları əlavə etməklə dam örtüyü iki yamaclı formaya salınıb. Bu da təbii suları dərhal yanlara axmasına əlverişli şərait yaratması üçün olub. Yəqin tikilinin memarı inşa zamanı bölgədəki Alban abidələrinin memarlığını əsas götürüb. 

Görünür, zahirən kilsəyə bənzədiyindən ermənilər bu abidəyə toxunmayıblar. Əksinə məscidin divarlarındakı oyuqlarda yandırılmış şamların izi vardı. Bura gəlməmişdən qabaq oxuduğum mənbələrdə qeyd olunurdu ki, Şahbulaq qalası yenidən inşa edilərək, kilsə kimi istifadə edilib. Çox güman ki, məhz bu tikili nəzərdə tutulub. Çünki nə qalada, nə də yaxınlıqda kilsəyə rast gəldik. Elə kilsəyə bənzədiyi üçün ermənilər dağıtmayıb, içində şam yandırıb, dua ediblər, lakin mənə görə əslində növbəti dəfə tarixi saxtalaşdıraraq Şahbulaq məscidini erməni kilsəsinə çevirmək üçün zəmin hazırlayırmışlar. 

Bunlar mənim fikirlərimdir. Lakin hörmətli alim Bayram Quliyev bir az fərqli fikirləşir: “Şahbulaq Alban Məbədi VI-VIII yüzilliklərə aiddir. Xristianlığın Azərbaycanın şimal hissəsində gec yayıldığını nəzərə alsaq, məbədin göz önündən kənarda tikilməsi normal durumdur. Çox güman ki, Səfəvilər zamanında da nəzərlərdən uzaq qalan məbəd Qarabağ xanlığı zamanında bir az dəyişikliyə məruz qalıb, məbədə 3 tağlı eyvan əlavə olunub. Lakin bu həmin abidənin məscid olduğunu söyləməyə əsas vermir”. 

Sakitlikdir. Düzü adam buralardan heç getmək istəmir. Düşünəndə ki, belə füsunkar bir yer 30 il yaxın müddətdə ermənilərin əsarətində qalıb, bu bulaqdan ermənilər su içib, bu ağacların altında dincəliblər, düzü, məyus olmamaq mümkün deyil, amma bir təsəlli də var ki, buralar yenidən öz əvvəlki gözəlliyini qazanacaq, bu yerlərin həqiqi sahibləri təzədən bura gəzməyə gələcək, burda dincələn uşaqların səs-küyü, böyüklərin şirin gülüşlərinə, xoş avazlarına qarışacaq. 

Qızıl Kəngərlidəki türbə
Yolun solu ilə yanımız boyu bitib-tükənməyən daş hasar uzanır. “Vaxtilə Ağdam həbsxanası olub”, - deyir bələdçimiz. Həbsxanadan sonra gələn iri istixananın isə bütün şüşələri sındırılıb. Qızıl Kəngərlidə Ağdamın digər yerlərinə baxanda evlər salamatdır. Həyət-bacalardan yetişmiş xurmalar boylanır. Ermənilər Ağdamı təhvil verəndə Qızıl Kəngərlidəki evlərin çoxunu yandırıblar.


Kəndin içində ləngimədən Qızıl Kəngərli Türbəsi tərəfə yollanırıq.
Bu da Qızıl Kəngərli Türbəsi. Sapsarı otların arasında tarixə və düşmənə meydan oxuyurcasına dik dayanıb. Maşını saxlayıb aralıdanca şəklini çəkirik. 


Türbə memarlıq üslubu baxımdan XIV əsrə aiddir. Əsas gövdəsi səkkiz guşəlidir ki, bu, dövrün memarlıq ənənələrindən qaynaqlanır, yuxarı hissəsi isə konusvaridir. B. Quliyevin fikrincə türbənin bir sərdabənin üzərində inşa olunduğunu ehtimal etmək olar: “Çünki XIII-XIV əsrlər türbələri bu formada inşa edilirdi. Qaynaqlarda türbənin kimə aid olması göstərilmədiyi üçün dəqiq bir şey söyləmək mümkün deyil. Lakin o dövrdə İslamın zəifləməsindən qaynaqlanan sufizmin geniş yayıldığını da göz önündə tutaraq sufizmi yayan əsas şeyxə aid olduğunu ehtimal etmək olar. Çünki bu dövrdə bütün türbələr bu cür şeyxlər üçün tikilərdi. Onlardan bəzilərinin adı qaynaqlarda qalsa da, bir çoxu haqqında məlumata rast gəlinmir”. 

Uzaqdan rus sülhməramlılarının yük maşını görünür. Siqnal verə-verə bizə tərəf şütüyür, yəni yoldan çıxın deyir. Sürücümüz avtomobili yoldan çıxarır, elə biz də kənara çəkilirik. Yük maşını yanımızdan keçib sülhməramlıların nəzarətində olan yerə tərəf gedir. Maşın təpənin dalında yox olana kimi arxasınca baxırıq... 

Daha Qızıl Kəngərlidə işimiz qalmayıb, yekunlaşdırıb qayıdırıq. Yolumuz Abdal Gülablıyadır. Səxavət Məmmədovun qəbrini ziyarətə gedirik...
(ardı var)
Davamında oxuyun: Ermənilərin saldığı nar bağları, Gülablı kəndindəki salamat evlər, Səxavət Məmmədovun qəbrinin axtarışında, Abdal qəbiristanlığında 9 yaşlı qızın məzarı, Üstünə latın qrafikası ilə “Allah” yazılmış məscid...

DİGƏR XƏBƏRLƏR
  • Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib
  • “Trabzonspor” qələbə qazanıb, “Başakşəhər” uduzub “Trabzonspor” qələbə qazanıb, “Başakşəhər” uduzub
  • Azərbaycan və Rusiya pirotexnikləri indiyədək 5 hektardan artıq ərazini minalardan təmizləyib - FOTO - VİDEO Azərbaycan və Rusiya pirotexnikləri indiyədək 5 hektardan artıq ərazini minalardan təmizləyib - FOTO - VİDEO
  • Bölgələrdə qar, Bakıda sulu qar yağıb - FAKTİKİ HAVA Bölgələrdə qar, Bakıda sulu qar yağıb - FAKTİKİ HAVA
  • Pompeo: "ABŞ Çinin uyğurlara qarşı addımlarını "soyqırımı" hesab edir" Pompeo: "ABŞ Çinin uyğurlara qarşı addımlarını "soyqırımı" hesab edir"
  • "Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb "Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb
  • Kəlbəcərin Çopurlu kəndi - VİDEO Kəlbəcərin Çopurlu kəndi - VİDEO
  • Türkiyə Azərbaycanla Preferensial ticarət sazişini ratifikasiya edib Türkiyə Azərbaycanla Preferensial ticarət sazişini ratifikasiya edib
  • Media Ombudsmanı nəyə lazımdır? - ŞƏRH Media Ombudsmanı nəyə lazımdır? - ŞƏRH
  • Rusiya FHN tərəfindən ölkəmizə əlavə pirotexniki qrup və texnika gətirilib - VİDEO Rusiya FHN tərəfindən ölkəmizə əlavə pirotexniki qrup və texnika gətirilib - VİDEO
  • Qalınlığı 15 mikrondan çox polietilen paketlər alıcılara pulla təqdim olunacaq Qalınlığı 15 mikrondan çox polietilen paketlər alıcılara pulla təqdim olunacaq
  • Ermənistan ordusunu silahla təmin edən iş adamı barəsində cinayət işi başlanıb Ermənistan ordusunu silahla təmin edən iş adamı barəsində cinayət işi başlanıb
  • POPULYAR
  • HƏFTƏ
  • AY
  • "Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb Dünən, 19:35 69 "Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb
  • DİN: Sosial şəbəkələrdə narkotik satan şəxslərdən 131 kq heroin götürülüb Dünən, 11:08 44 DİN: Sosial şəbəkələrdə narkotik satan şəxslərdən 131 kq heroin götürülüb
  • “Trabzonspor” qələbə qazanıb, “Başakşəhər” uduzub Dünən, 22:48 44 “Trabzonspor” qələbə qazanıb, “Başakşəhər” uduzub
  • Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib Bu gün, 01:06 42 Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib
  • Bakıda kişi özünü körpüdən atıb Dünən, 13:40 36 Bakıda kişi özünü körpüdən atıb
  • Ermənistan ordusunu silahla təmin edən iş adamı barəsində cinayət işi başlanıb Dünən, 19:14 33 Ermənistan ordusunu silahla təmin edən iş adamı barəsində cinayət işi başlanıb
  • İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilib Dünən, 14:15 30 İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilib
  • Qazinin igid Şəhid övladı-FOTO/VİDEO 15-01-2021, 19:32 229 Qazinin igid Şəhid övladı-FOTO/VİDEO
  • İmişlidə Qarabağ veteranına olunan zülüm ( VİDEO )-(OXUİNFO.az-a istinadən) 15-01-2021, 11:16 209 İmişlidə Qarabağ veteranına olunan zülüm ( VİDEO )-(OXUİNFO.az-a istinadən)
  • Gənclərə örnək qazi-müəllim 15-01-2021, 12:50 174 Gənclərə örnək qazi-müəllim
  • Bakı Sumqayıt şossesində qəza zamanı 3 nəfər xəsarət alıb - FOTO 15-01-2021, 01:42 144 Bakı Sumqayıt şossesində qəza zamanı 3 nəfər xəsarət alıb - FOTO
  • ÜRƏK AMAN VERMƏDİ 15-01-2021, 01:52 138 ÜRƏK AMAN VERMƏDİ
  • Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın yanvarın 15-nə olan məlumatı 15-01-2021, 16:33 123 Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın yanvarın 15-nə olan məlumatı
  • Ağstafanın həbsdə olan sabiq icra başçısının oğlu prokuror köməkçisi təyin edilib 13-01-2021, 16:31 116 Ağstafanın həbsdə olan sabiq icra başçısının oğlu prokuror köməkçisi təyin edilib
  • Kənd xəstəxanasında nələr baş verir.....? 6-01-2021, 18:08 Kənd xəstəxanasında nələr baş verir.....?
  • Müdafiə Nazirliyinin məlumatı 28-12-2020, 12:00 Müdafiə Nazirliyinin məlumatı
  • İmişli icra və pobasiya şöbəsinin rəisi Samir Osmanov kimə arxalanlr? 28-12-2020, 20:50 İmişli icra və pobasiya şöbəsinin rəisi Samir Osmanov kimə arxalanlr?
  • Qazinin igid Şəhid övladı-FOTO/VİDEO 15-01-2021, 19:32 Qazinin igid Şəhid övladı-FOTO/VİDEO
  • İmişlidə Qarabağ veteranına olunan zülüm ( VİDEO )-(OXUİNFO.az-a istinadən) 15-01-2021, 11:16 İmişlidə Qarabağ veteranına olunan zülüm ( VİDEO )-(OXUİNFO.az-a istinadən)
  • Gənclərə örnək qazi-müəllim 15-01-2021, 12:50 Gənclərə örnək qazi-müəllim
  • Redaksiyamıza ağır itki 29-12-2020, 17:19 Redaksiyamıza ağır itki
  • Şəhid dəfn olundu-FOTO 10-01-2021, 19:15 Şəhid dəfn olundu-FOTO
  • Bakı-Xırdalan-Sumqayıt elektrik qatarlarının hərəkəti nə zaman bərpa edilir? - RƏSMİ 6-01-2021, 16:34 Bakı-Xırdalan-Sumqayıt elektrik qatarlarının hərəkəti nə zaman bərpa edilir? - RƏSMİ
  • Ömrünü xalqına bağişlayan Lider 8-01-2021, 02:09 Ömrünü xalqına bağişlayan Lider
SİZİN REKLAM BURADA

SİYASƏT

  • Türkiyə Azərbaycanla Preferensial ticarət sazişini ratifikasiya edib Oxunub:18 Dünən, 19:30 Türkiyə Azərbaycanla Preferensial ticarət sazişini ratifikasiya edib
  • Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərini nəzərdə tutan layihə MM-də müzakirə olunacaq Oxunub:27 Dünən, 19:10 Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərini nəzərdə tutan layihə MM-də müzakirə olunacaq
  • Fevral ayından Türkiyə ilə Azərbaycan ordusu arasında ortaq hərbi təlim-məşqləri keçiriləcək - FOTO Oxunub:32 17-01-2021, 17:13 Fevral ayından Türkiyə ilə Azərbaycan ordusu arasında ortaq hərbi təlim-məşqləri keçiriləcək - FOTO
  • TÜRKSOY və TDƏŞ nümayəndələri Füzuliyə səfər edib - FOTO Oxunub:25 17-01-2021, 16:57 TÜRKSOY və TDƏŞ nümayəndələri Füzuliyə səfər edib - FOTO
  • Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir Oxunub:24 16-01-2021, 18:16 Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
  • Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub Oxunub:29 16-01-2021, 17:40 Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub
  • İki erməni hərbçinin meyiti qarşı tərəfə verilib Oxunub:18 16-01-2021, 12:49 İki erməni hərbçinin meyiti qarşı tərəfə verilib
  • XİN: Son onilliklər ərzində Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə maneçilik törədib Oxunub:21 15-01-2021, 22:41 XİN: Son onilliklər ərzində Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə maneçilik törədib
  • Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir - Leyla Abdullayeva Oxunub:52 15-01-2021, 21:17 Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir - Leyla Abdullayeva
  • İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib Oxunub:23 15-01-2021, 20:09 İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
Müəllif hüquqları qorunur.Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.