Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.
APA-nın məlumatına görə, bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur.
Bu çərşənbəni "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” kimi də tanınır.
Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır. Bu çərşənbə süfrəyə təmiz su qoymaq və ailə üzvlərinin ondan içməsi məsləhət görülür.
Qeyd edək ki, Od çərşənbəsi martın 2-də, Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.
Azərbaycana yaz fəsli martın 20-si saat 13:37:00-da daxil olacaq.
Maraqlı
Bu gün Su çərşənbəsidir

DİGƏR XƏBƏRLƏR
-
Dünya bazarlarında qazın qiyməti artıb
-
Mehriban Əliyeva xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
-
Bakıda Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib - FOTO - YENİLƏNİB
-
Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - FOTO
-
Güclü külək Sumqayıtda liseyin daş hasarını uçurub - FOTO
-
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
-
Ekvatorial Qvineyada baş verən 4 güclü partlayışda 20 nəfər ölüb, 300 nəfər yaralanıb - VİDEO
-
Fransada milyarder deputat helikopter qəzasında ölüb
-
Brent markalı neftin qiyməti 70 dolları keçib
-
Vətən müharibəsində ağır yaralanan əsgər 5 ay sonra şəhid olub
-
FHN qarlı-şaxtalı havada yolda köməksiz qalmış iki nəfəri xilas edib - VİDEO - YENİLƏNİB
-
Martın 8-də Bakıya yağış, rayonlara qar yağacaq