BAKU.WS
Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə və 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə vətəndaş Nurlan Kişiyev metronun “İçərişəhər” stansiyasının yaxınlığında saxlanılıb. Onun üzərindən iki büküm narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. N.Kişiyev ifadəsində narkotik vasitələri Nicat adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirib.
Keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Nicat İmanquliyev də tutulub. Onun üzərindən və yaşadığı evdən ümumi çəkisi iki kiloqramdan artıq olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb. N.İmanquliyev ifadəsində narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini etiraf edib.
Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb ediliblər.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Kriminal
Bakı polisindən böyük əməliyyat - "İçərişəhər" metrostansiyası yaxınlığında saxlanıldı - VİDEO

DİGƏR XƏBƏRLƏR
-
Mənzildə kişi meyiti aşkarlanıb
-
XİN: Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoyulmalıdır
-
Millət vəkili: “Azərbaycan Prezidentinin Xocalı soyqırımı günündə keçirdiyi mətbuat konfransı beynəlxalq informasiya məkanında növbəti qələbəmizdir” Millət vəkili: “Azərbaycan Prezidentinin Xocalı soyqırımı günündə keçirdiyi mətbuat konfransı beyn
-
Azərbaycanda son sutkada 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib
-
Ermənistan prezidenti Baş nazirin qərarını geri qaytarıb
-
Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir
-
Prezident Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinə Azərbaycanın münasibətini açıqlayıb - VİDEO
-
Azərbaycanda hansı hallarda notariat hərəkətlərinə görə rüsum tutulmayacağı müəyyənləşib
-
Sənədlərin tərcüməsinə, surətlərinin düzgünlüyünün təsdiqinə görə dövlət rüsumunun məbləği dəyişir
-
Prezident: “Qarabağın azad edilməsində ən böyük rolu son 17 ildə yetişmiş insanlar oynayıb” - VİDEO
-
ABŞ Konqresmeni Xocalı soyqırımı ilə bağlı bəyanat verib
-
Son dəqiqə: İmişli sakinləri prezidentə və baş prokurora müraciət etdilər-Video