Koronavirus pandemiyası səbəbindən martda yarımçıq dayandırılan futbol üzrə Türkiyə çempionatı iyunun 12-də yenidən bərpa edilib.
QEDIM.AZ NUHÇIXAN İnformasiya Agentliyi -nə istinadən xəbər verir ki, çempionatın XXVII turunun birinci qarşılaşmalarında "Fənərbağça" doğma meydanda "Kayserispor"u qəbul edib. Matçın 14-cü dəqiqəsində İstanbul klubunun yarımmüdafiəçisi Ozan Tufan qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub. Oyunda hesabı 59-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Bernard Mensah açıb. Oyunun 87 və 88-ci dəqiqələrində "Fənərbağça"nın futbolçuları Vedat Muruqi və Luiz Qustavo fərqlənərək komandalarına qələbə qazandırıblar.
Günün digər qarşılaşmasında isə "Trabzonspor" səfərdə "Göztəpə"nin qonağı olub. Trabzon təmsilçiləri bu oyunda rəqiblərini 361 hesabı ilə məğlub ediblər. Qonaqların heyətində Antoni Nvakaeme (16), Caleb Ekuban (52) və Abdulqadir Omur fərqlənib. Meydan sahiblərinin yeganə qolunu isə Alpaslan Öztürk vurub.
Turun digər oyunları bu gün keçiriləcək.
XXVII tura iyunun 15-də "Sivasspor"-"Dənizlispor" görüşü ilə yekun vurulacaq.
Türkiyə çempionatında hazırda "Trabzonspor" 56 xalla turnir cədvəlinin liderdir. Ondan bir oyun az keçirmiş "Başakşəhər" 53 xalla ikincidir. "Qalatasaray" 50 xalla üçüncü, "Sivasspor" klubu isə 49 xalla dördüncü pillə qərarlaşıblar. Sonrakı yerlərdə "Beşiktaş" (44 xal), "Alanyaspor" (43 xal), "Fənərbağça" (43 xal) və digər komandalar gəlir.
İdman
Türkiyə Superliqası: "Fənərbağça" və "Trabzonspor" klubları qələbə qazanıblar

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib
-
“Trabzonspor” qələbə qazanıb, “Başakşəhər” uduzub
-
Azərbaycan və Rusiya pirotexnikləri indiyədək 5 hektardan artıq ərazini minalardan təmizləyib - FOTO - VİDEO
-
Bölgələrdə qar, Bakıda sulu qar yağıb - FAKTİKİ HAVA
-
Pompeo: "ABŞ Çinin uyğurlara qarşı addımlarını "soyqırımı" hesab edir"
-
"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb
-
Kəlbəcərin Çopurlu kəndi - VİDEO
-
Türkiyə Azərbaycanla Preferensial ticarət sazişini ratifikasiya edib
-
Media Ombudsmanı nəyə lazımdır? - ŞƏRH
-
Rusiya FHN tərəfindən ölkəmizə əlavə pirotexniki qrup və texnika gətirilib - VİDEO
-
Qalınlığı 15 mikrondan çox polietilen paketlər alıcılara pulla təqdim olunacaq
-
Ermənistan ordusunu silahla təmin edən iş adamı barəsində cinayət işi başlanıb