“Artıq işğaldan azad olmuş ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanılıb”. Razılaşmalar imzalanıb. Türkiyə şirkətləri infrastrukturun yenidən qurulmasında yaxından iştirak edir”.
APA-nın məlumatına görə, bunu baş nazir Əli Əsədov bu gün Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra deyib.
Baş nazir bildirib ki, müxtəlif sahələrdə əməkdaşlığımızı nəzərdə tutan bir çox sənədlər dünən keçirilən görüşlərdə imzalanıb: “Bu, çoxtərəfli platforma gələcək üçün böyük perspektivlər vəd edir. Əminəm ki, bu gün keçirilən iclasın nəticələri ikitərəfli münasibətlərin inkişafına da təkan verəcək. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yorulmaz səyləri nəticəsində ölkələrimiz arasında münasibətlər ən yüksək səviyyəyə çatıb. Əməkdaşlığımız bütün sahələri əhatə edir. 2023-cü ilədək ticarət dövriyyəmizi 15 milyard dollara çatdırmaq əsas hədəflərimizdəndir”.
Baş nazir dünən və bu gün keçirilən görüşlərdə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranan yeni geosiyasi və geoiqtisadi reallıqla bağlı fikir mübadiləsi apardıqlarını da bildirib.
İqtisadiyyat
Əli Əsədov: “Türkiyə şirkətləri Qarabağda infrastrukturun qurulmasında yaxından iştirak edir”

DİGƏR XƏBƏRLƏR
-
Mənzildə kişi meyiti aşkarlanıb
-
XİN: Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoyulmalıdır
-
Millət vəkili: “Azərbaycan Prezidentinin Xocalı soyqırımı günündə keçirdiyi mətbuat konfransı beynəlxalq informasiya məkanında növbəti qələbəmizdir” Millət vəkili: “Azərbaycan Prezidentinin Xocalı soyqırımı günündə keçirdiyi mətbuat konfransı beyn
-
Azərbaycanda son sutkada 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib
-
Ermənistan prezidenti Baş nazirin qərarını geri qaytarıb
-
Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir
-
Prezident Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinə Azərbaycanın münasibətini açıqlayıb - VİDEO
-
Azərbaycanda hansı hallarda notariat hərəkətlərinə görə rüsum tutulmayacağı müəyyənləşib
-
Sənədlərin tərcüməsinə, surətlərinin düzgünlüyünün təsdiqinə görə dövlət rüsumunun məbləği dəyişir
-
Prezident: “Qarabağın azad edilməsində ən böyük rolu son 17 ildə yetişmiş insanlar oynayıb” - VİDEO
-
ABŞ Konqresmeni Xocalı soyqırımı ilə bağlı bəyanat verib
-
Son dəqiqə: İmişli sakinləri prezidentə və baş prokurora müraciət etdilər-Video