Sabunçu rayonu Bakıxanov qəsəbəsində sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərən “pub” aşkar edilib.
Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı qəsəbənin R.Axundov küçəsində yerləşən “Kabak” restoranının sahibi Samir Qəhrəmanovun sanitar-karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi və müştərilər qəbul etdiyi məlum olub. Hətta obyektin sahibi restoranın işlədiyi barədə xüsusi reklam çarxları hazırlayaraq sosial şəbəkələrdə yayıb.
Qeyd edək ki, Samir Qəhrəmanov və işçiləri məsuliyyətdən yayınmaq üçün avtomobili ilə obyektin qarşısında dayanan müştərilərə elə nəqliyyat vasitəsinin salonunda xidmət göstəriblər. Bunun üçün S.Qəhrəmanov avtomobilin salonuna spirtli içkilər və yeməklər təqdim etmək üçün xüsusi qablar da düzəltdirib. Obyektə və oranın mətbəxinə baxış zamanı yeməklərin adi sanitar-gigiyenik qaydalara belə əməl olunmadan hazırlandığı ortaya çıxıb. Tədbir zamanı obyektin ümumilikdə 11 işçisi və 7 müştərisi saxlanılaraq Polis İdarəsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan Samir Qəhrəmanov və restoranın əməkdaşı Azad Böyükişiyev rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 10 və 30 sutka inzibati qaydada həbs edilib. Əlavə edək ki, araşdırma zamanı A. Böyükişiyevin narkotik vasitə aludəçisi olduğu da məlum olub. Müştərilən və obyektin digər əməkdaşları barəsində isə Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək hər biri 100 manat cərimə olunublar.
cəmiyyət
Bakıda karantin qaydalarını pozaraq nəqliyyatın salonunda xidmət göstərən “pub” aşkar edildi – Foto

DİGƏR XƏBƏRLƏR
-
İmişli sakininin yaşadığı evdə asılmış meyiti aşkarlanıb
-
ÜST: Dünyada ötən sutka koronavirusa 624 mindən çox yoluxma qeydə alınıb
-
Məzarlarda qızıl dişlər axtaran ermənilər bütün qəbirləri dağıdıblar - Trend TV Zəngilanda (FOTO)
-
Azad Rəhimovun komaya düşməsilə bağlı xəbərlər həqiqəti əks etdirmir
-
Bakıda piyada qadını avtomobil vurub
-
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində tarixi abidələr aşkarlanıb - FOTO
-
Mütəxəssis: “Dünyada koronavirusa təkrar yoluxma hadisəsi 30-dan çox deyil”
-
Milli Preventiv Qrupun üzvləri 2 saylı İstintaq Təcridxanasına baş çəkib
-
Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışov saxlanılıb
-
Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi və baş mühasibi saxlanılıb
-
Bu gündən yanvarın 25-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
-
Radiasiya Problemləri İnstitutunun direktorunun işdən çıxarılmasının səbəbi açıqlanıb