Kənd təsərrüfatı müəssisələrində 18 yaşına çatmamış işçilərə energetik içkilər verilməsi qadağan olunub.
APA-nın məlumatına görə, bu, Baş nazir tərəfindən bu gün imzalanan “Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının normativlərinə dair Tövsiyələr barədə” qərara dəyişiklik edilməsi haqqında qərarında əksini tapıb.
İndiyədək işçinin razılığı ilə əməkhaqqının 20 faizinə qədər dəyəri natura formasında müəssisədə istehsal edilən və məişətdə işlədilən gündəlik tələbat malları ilə (spirtli içkilər, tütün məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olmaqla) əvəz edilib verilirdi.
Dəyişikliyə əsasən, işçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin alkoqollu içkilər, 18 yaşına çatmamış işçilərə energetik içkilər, habelə tütün məmulatları, narkotik vasitələr, psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.
cəmiyyət
Kənd təsərrüfatı müəssisələrində 18 yaşa çatmamış işçilərə energetik içkilər verilməsi qadağan olunub
DİGƏR XƏBƏRLƏR
-
Dünya bazarlarında qazın qiyməti artıb
-
Mehriban Əliyeva xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
-
Bakıda Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib - FOTO - YENİLƏNİB
-
Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - FOTO
-
Güclü külək Sumqayıtda liseyin daş hasarını uçurub - FOTO
-
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
-
Ekvatorial Qvineyada baş verən 4 güclü partlayışda 20 nəfər ölüb, 300 nəfər yaralanıb - VİDEO
-
Fransada milyarder deputat helikopter qəzasında ölüb
-
Brent markalı neftin qiyməti 70 dolları keçib
-
Vətən müharibəsində ağır yaralanan əsgər 5 ay sonra şəhid olub
-
FHN qarlı-şaxtalı havada yolda köməksiz qalmış iki nəfəri xilas edib - VİDEO - YENİLƏNİB
-
Martın 8-də Bakıya yağış, rayonlara qar yağacaq