Orxanın atası Babayev Sarvan 1-ci Qarabağ müharibəsi qazisidir. 1992-ci ildə vətən övladları kimi o da silaha sarılaraq şücaətlə erməni işğalçılarına qarşı torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atıldı. Lakin məlum səbəblərdən onun azadlıq savaşı yarımçıq qaldı. O. atasının yarımçıq qalmış savaşını davam etdi. "Oxdan ox törəyər" atalar misalı var. Sarvan bu mübarizədə yay olaraq oxu düşmənə tərəf atdı və ox erməni işğalçılarının ürəklərini dələrək param parça etdi. Çox yazıb danışmaq olar Şəhidlərimizin, qazilərimizin şücaətləri barədə. Ömür bəs etməz. Tarix yazdılar. Şəhid Orxan Babayev barəsində efirdə gedən verilişdən videonu sizə təqdim edərək döyüş yoldaşlarının onun haqqında dediklərini dinləyək


















Allah bütün Şəhidlərimizə rəhmət eləsin !
Cavanşir Seyfəddinoğlu


















Allah bütün Şəhidlərimizə rəhmət eləsin !