Qədimov Qədiməli Baba oğlu 15.01.1955-ci ildə Ağstafa rayonunun (keçmiş Qazax rayonu) Muğanlı kəndində ziyalı ailəsində dünyaya göz açmışdır.
1975-ci il tarixdən mətbuatda çalışmağa başlamışdır. Uzun müddət müxtəlif qəzetlərlə əməkdaşlıq etdiyi zamanlarda püxtələşərək 2009-cu ildə "Həqiqətin Güzgüsü" qəzetini təsis edərək rəhbərlik etmişdir. Qısa bir zamanda rəhbərlik etdiyi qəzet Respublikanın bölgələrində vətəndaşlar arasında, dövlət qurumlarında, dövlət orqanlarında öz obyektivliyi ilə rəğbət və populyarlıq qazanmışdır. Əlbəttə ki. bütün bunlar hamısı qəzet rəhbəri kimi Qədiməli Babaoğlunun danılmaz zəhməti sayəsində qazanılmışdı. O öz əməkdaşlarına qarşı tələbkarlığı, eyni zamanda qayğıkeşliyi ilə onlarda özünə hörmət və rəğbət qazanmışdı.
Bu həyatda ömürün uzunluğu əsas deyildir! Əsas bu ömürü necə yaşamaqdır!
Ürək bəzən amansız olur. Hamının sevimlisi Qədimov Qədiməli Baba oğluna ürək aman vermədi. Ürək onun haqq, ədalət uğrunda, dövətçiliyə xidmət uğrunda mübarizəsini yarımçıq qoydu. 65 yaşında ikən həyatla vidalaşaraq əbədiyyata qovuşdu!
Qədiməli müəllim bu 65 illik şərəfli həyat yolunu ləyaqətlə addımladı. Bir çox fitnələrlə, riyakarlıqlarla, satqınlıqlarla üzləşsə də sınmadı, əyilmədi! Onun vaxtsız vəfatı bütün əməkdaşları və onu tanıyan, onunla ünsiyyətdə olan hər bir kəsi sarsıtdı! Qəzetin əməkdaşları adından Qədimov Qədiməli Baba oğlunun ailə üzvlərinə, yaxınlarına bir daha dərin hüznlə başsağlığı verərək Allahdan onlara səbr diləyir və əzizlərinin ölümünə məyus olmaqla Allahdan rəhm diləyirik!
Doğum günün mübarək gözəl İnsan !
"Həqiqətin Güzgüsü" qəzetinin və "QEDİM.az" saytının əməkdaşları.
cəmiyyət
ÜRƏK AMAN VERMƏDİ

DİGƏR XƏBƏRLƏR
-
İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı keçirilir
-
Şamaxıda 7 evdən oğurluq edən şəxs saxlanılıb
-
Kreml: Rusiya bütün kimyəvi silahını məhv edib
-
ÜST: Azərbaycana 432 min doza "AstraZeneca" peyvəndi ayrılıb
-
Bakıda gips əsaslı məmulatlar zavodu açılacaq
-
Sabahın hava proqnozu
-
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcək
-
Ceyhun Bayramovun Baş katibə ünvanladığı məktub BMT sənədi kimi yayılıb
-
Türkiyəyə səfər edəcək şəxslərdən COVID-19 testi ilə bağlı tələbin müddəti uzadılıb
-
Azərbaycanda indiyədək vaksinasiyadan keçənlərin sayı açıqlanıb
-
Sürücülərin nəzərinə! 40 manat cərimə oluna bilərsiniz - VİDEO
-
300 dollarlıq limit artırıla bilərmi? - Səfər Mehdiyev açıqladı