Bakı. Trend:
Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən iki gün ərzində 532 müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 96 müraciətə baxılıb, onlardan 51 müraciət yerində baxılaraq həll olunub, digər müraciətlərin həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Komissiyanın fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədilə səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması prosesində media nümayəndələri də iştirak edib.
cəmiyyət
Tərxis edilmiş şəxslərlə bağlı komissiya iki gündə 532 müraciətə baxıb (FOTO) CƏMİYYƏT

DİGƏR XƏBƏRLƏR
-
Ermənilərin meşə fonduna, təbii sərvətlərə vurduğu ziyan hesablanır - Nazir müavini (FOTO)
-
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini videoformatda qəbul edib Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini videoformatda qəbul edib
-
İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilib
-
Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
-
Bakıda kişi özünü körpüdən atıb
-
Qarabağ Dirçəliş Fondu istiqrazlar və digər növ qiymətli kağızlar buraxacaq
-
Qarabağ Dirçəliş Fondu vəsait toplanması məqsədilə marafonlar təşkil edəcək
-
Qarabağ Dirçəliş Fondunun saytı yaradılacaq
-
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin təşkili qaydası müəyyənləşib
-
Qarabağ Dirçəliş Fondunun filialları və nümayəndəlikləri olacaq
-
NRYTN: Kiberdələduzlar "Azərpoçt"un rəsmi saytına oxşar saxta səhifələr yaradır - FOTO
-
Parlamentin komitə sədri: “Əfv Komissiyası yaxın vaxtlarda toplaşacaq”