İmişli rayonu H.Əliyev prospektində yerləşən M.Ə. Sabir adına park sakinlərin göz dağına çevrilib. Bir vaxtlar İmişli sakinlərinin istirahəti üçün nəzərdə tutulan və böyüklüyü ilə seçilən park, indi rayonun aidiyyatı qurumlarının laqeyd münasibətinin qurbanı olub. Hazırda parkın bərbad vəziyyətə düşməsi cavabdeh qurumların bu yerdən imtina etməsi ilə nəticələnib.
Oxuinfo.az Arx.az-a istinadən xəbər verir ki, parkın zəbt olunması ilə bağlı İmişli Rayon Bələdiyyəsi ilə əlaqə saxlanılıb bələdiyyə sədri Mehman İsmayılov bildirib ki, parkın zəbt olunması barədə İcra Hakimiyyətinə müraciət edin. İcra Hakimiyyəti ərazi idarəetmə şöbəsinin müdiri Mirzə Quliyev bildirib ki, Şəhər İcra Nümayəndəliyinə müraciət edin. Şəhər İcra Nümayəndəliyi isə bildirdi ki, bu işə bələdiyyə cavabdehdir. Qurumlar parkın kimə məxsus olmasını müəyyənləşdirə bilməsələr də görünən odur ki, bir vaxtlar rayonda böyüklüyü ilə seçilən parkın ətrafı tamamilə satılıb.
Artıq burda müxtəlif iaşə obyektlərinin çoxluğu diqqət çəkir. Mirzə Ələkbər Sabirin parkda olan büstünün ətrafı isə sakinlərin təbii ehtiyaclarını ödəmək üçün yüngül ayaqyolu kimi istifadə edilir. Güman edirik ki, bu yazımızdan sonra parkın əsl sahibi üzə çıxaraq ədibin adına ədəbli davranış sərgiləyərək dahi şairin mühasirəyə alınaraq cirkab içərisində murdarlanan büstü azad olunacaq, park müasir tələblər səviyyəsində təmir olunaraq İmişlinin ixtiyarına veriləcək.
Yəqin ki, Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsi, şəhər icra nümayəndəliyi və şəhər bələdiyyəsi yaranmış vəziyyətin kimin səhlənkarlığından qaynaqlandığını müəyyən edəcək.
OXUUNFO.az-a istinadən.
http://oxuinfo.az/?p=13665
Bölgə
İmişlidə itgin düşən park,Qurumların ötür-ötür oyunu, M.Ə. Sabirin büstü zibillik içərisində

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib
-
“Trabzonspor” qələbə qazanıb, “Başakşəhər” uduzub
-
Azərbaycan və Rusiya pirotexnikləri indiyədək 5 hektardan artıq ərazini minalardan təmizləyib - FOTO - VİDEO
-
Bölgələrdə qar, Bakıda sulu qar yağıb - FAKTİKİ HAVA
-
Pompeo: "ABŞ Çinin uyğurlara qarşı addımlarını "soyqırımı" hesab edir"
-
"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb
-
Kəlbəcərin Çopurlu kəndi - VİDEO
-
Türkiyə Azərbaycanla Preferensial ticarət sazişini ratifikasiya edib
-
Media Ombudsmanı nəyə lazımdır? - ŞƏRH
-
Rusiya FHN tərəfindən ölkəmizə əlavə pirotexniki qrup və texnika gətirilib - VİDEO
-
Qalınlığı 15 mikrondan çox polietilen paketlər alıcılara pulla təqdim olunacaq
-
Ermənistan ordusunu silahla təmin edən iş adamı barəsində cinayət işi başlanıb